“Biz o planı görməmişik” – Kreml sözçüsü prezidentlərin Donbassa görə görüşəcəyini təkzib etdi

16:30 / 11.03.2021
1194
Kreml Zelenskinin Donbass görüşü ilə bağlı dediklərini
şərh edib.
Sfera.az-ın RİA.Novosti-yə istinadla məlumatına
görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva Rusiya və Ukrayna
prezidentləri arasında görüşlə bağlı heç bir təklif almayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna lideri
Vladimir Zelenski görüş "Normandiya
formatı" nda baş tutmasa, hər liderlə ayrıca görüşmək üçün imkan
tapacağını söyləmişdi.
"Hər birimiz prezidentin ən qısa zamanda "Normandiya
dördlüyü”nü bir araya gətirmək istəyi ilə bağlı bəyənatlarını dəfələrlə
eşitmişik. Nazirlərin və prezident köməkçilərinin görüşlərində də bu məsələ həmişə
müzakirə olunur. Konkret səfərə, yaxud ikili təmaslara gəlincə isə qeyd etməliyəm ki, bununla bağlı
diplomatik kanallarla hər hansı təklif almamışıq”,- deyə Peskov jurnalistlərə
bildirib.
Mətbuat katibi əlavə edib ki, iki lider
arasında telefon danışıqları da planlaşdırılmır. Bununla yanaşı, Kremlin
sözçüsü vurğulayıb ki, ehtiyac olsa, liderlərin telefon danışığı kifayət qədər operativ
şəkildə razılaşdırılacaq.
Xatırladaq ki, az əvvəl Yermak Ukraynanın Fransa və Almaniya tərəfindən təklif edilən Donbasda münaqişənin sülh yolu ilə həlli planını təkmilləşdirdiyini və hazırda sənədin Rusiya tərəfindən təsdiqlənməsini gözlədiklərini bildirmişdi.
Tərcümə: Selcan
Sfera.az