Armen Sarkisyan dialoq təklif etdi – Paşinyan hələ susur

14:41 / 11.03.2021
913
Ermənistan prezidentinin görüş və dialoq təklifi
hələ ki, yalnız "Parlaq Ermənistan" partiyası tərəfindən qəbul edilib.
Sfera.az xəbər verir ki, Ermənistanın News.am
saytı siyasi qüvvələrin və baş nazirin Ermənistan prezidentinin dəvətini qəbul
edib-etməyəcəyini öyrənməyə çalışıb.
Məlumata görə, bu günlərdə Ermənistan
prezidenti Armen Sarkisyan ölkədəki mövcud vəziyyəti müzakirə etmək və yaranmış
böhrandan qarşılıqlı məqbul həll yolları
tapmaq məqsədilə baş naziri, parlament fraksiyaları liderlərini və "Vətəni
Qurtarma Hərəkatı”nın liderlərini görüşə dəvət edib. Görüş martın 13-ü, saat
12.00-da baş tutmalıdır.
Amma Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan,
hələlik bu xüsusda şərh vermək istəmədiyini
bildirib.
Yalnız "Parlaq Ermənistan" partiyasının parlament fraksiyası prezidentin dəvətini qəbul edib. "Parlaq Ermənistan partiyası və onun parlamentdəki fraksiya adından dəvəti qəbul etdiyimizi və vətəndaş həmrəyliyini bərpa edəcək, ölkəni düşdüyü dərin böhrandan çıxarmaq yolları arayıb tapmağa imkan verəcək istənilən mükalimədə iştirak etməyə hazır olduğumuzu bildirirəm”,- deyə partiyanın və onun parlamentdəki fraksiyasının lideri Edmon Marukyan deyib.
Selcan
Sfera.az