Bu ölkədə narkotikdən istifadəyə icazə verildi

Dünya
14:28 / 11.03.2021
724
Meksika parlamenti ölkədə narkotik vasitə hesab olunan marixuananın satışına icazə verib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksika parlamenti, ölkədə qanunsuz narkotik ticarətin qarşısını almaq üçün marixuana istifadəsini və satışını leqallaşdıran qanun qəbul edib.
Qanunun Senat tərəfindən təsdiqi də gözlənilir.
Qeyd edək ki, Meksika Kanada və Uruqvaydan sonra marixuananın istifadəsinə icazə verən üçüncü ölkə olacaq.
Sfera.az
İnci