Bakıda ərini yatan yerdə öldürən qadın: “Peşman deyiləm!” - VİDEO

Bakıda ərini yatan yerdə öldürən qadın: “Peşman deyiləm!” - VİDEO
Bakıda həyat yoldaşını yatdığı yerdə öldürən qadın əməlindən peşman olmadığını bildirib.

Sfera.az İctimai Televiziyaya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki 41 yaşlı Günay Şıxəliyeva həyat yoldaşı 45 yaşlı Mahir Şıxəliyevi dəmir linglə vuraraq yatdığı yerdə qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

İTV-yə danışan ailənin qonşuları bildirib ki, M.Şıxəliyev spirtli içki aludəçisi olub. O davamlı olaraq həyat yoldaşı Ş.Şıxəliyevaya qarşı fiziki təzyiq göstərib. İlkin ifadə zamanı G.Şıxəliyeva cinayət törətdiyini etiraf edib və əməlindən peşman olmadığını deyib. 

Bildirək ki, G.Şıxəliyeva və M.Şıxəliyevin birgə nikahdan iki yeniyetmə övladı var.

Qeyd edək ki, Martın 7-də saat 5 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.



OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...