Oksford Azərbaycanla əməkdaşlıq etmək istəyir

Oksford Azərbaycanla əməkdaşlıq etmək istəyir
Böyük Britaniyanın Oksford Universiteti zəlzələlərin tədqiqatı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir.

Sfera.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev bildirib ki, AMEA ilə Oksford Universiteti arasında zəlzələlərin tədqiqatı sahəsində əməkdaşlığa dair müzakirələr pandemiya səbəbindən bir qədər gecikib. Bu baxımdan da o, keçirilən müzakirələrin tərəflər üçün vacib olduğunu qeyd edib.

İ.Quliyev zəlzələlərin öyrənilməsi sahəsində Kolumbiya, Missuri və Miçiqan Universitetləri ilə əməkdaşlıq edildiyini bildirən akademik İbrahim Quliyev Oksford Universiteti ilə də səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu deyb.

AMEA-nın vitse-prezidenti ötən il AMEA və Oksford Universiteti arasında Anlaşma Memorandumu imzalandığını qeyd edib.

Oksford Univestetinin professorları - Filip Enqland, Mayk Kendlli, Ceyms Cekson, Riçard Uolker və digərləri çıxış edərək zəlzələlərin tədqiqatı sahəsindəki tədqiqat metodlarından və əldə olunmuş nəticələrdən danışıblar. Bp şirkətinin nümayəndəsi Qrey Ribi isə çıxışında tərəflər arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb. Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatların əhəmiyyətinə toxunan BP nümayəndəsi deyib ki, bu əməkdaşlıq sayəsində Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...