Çavuşoğlu və Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

Dünya
23:32 / 10.03.2021
2483
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri özünün tvitterdəki səhifəsində bildirib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri, habelə Daqlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə edib.