“Qarabağın müstəqilliyinin tanınması gündəmimizdədir” – Manukyan

Dünya
17:58 / 10.03.2021
1570
"Qarabağın müstəqilliyinin tanınması vətənpərvər bir addım deyil, siyasi məsələdir; bəzi şərtlər nəzərə alınaraq qərar verilməlidir”.
Sfera.az xəbər verir ki, bu sözləri Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan jurnalistlərlə söhbətində deyib.
"Qarabağın tanınması məsələsi o anın siyasi məqsədəuyğunluğu ilə bağlıdır. Əgər bu addımı ataraq bütün dostlarımızla münasibətləri korlamırıqsa, tək qalmırıqsa, qəbul etməliyik. Başqa sözlə, Qarabağın müstəqilliyi məsələsi gündəmimizdədir, lakin onun həlli praqmatizmlə bağlıdır”, – Manukyan bildirib.
(qazet.az)