Sosial şəbəkələrdəki şəxsi məlumatlarınız oğurlanarsa... - Qanun nə deyir?

Sosial şəbəkələrdəki şəxsi məlumatlarınız oğurlanarsa... - Qanun nə deyir?
Zaman-zaman sosial şəbəkələr vasitəsilə məlumatların oğurlanması, şəxsi fotoların, videoların yayılması halları ilə qarşılaşırıq. İstər ictimai şəxslər, istərsə də sadə vətəndaşlar bu problemlərlə qarşılaşa bilirlər. Bu cür hallardan şantaj üsulu kimi istifadə edənlər də az deyil.  
 
Maraqlıdır, şəxsi məlumatların oğurlanması, icazəsiz yayılması qanunvericilikdə necə tənzimlənib? 

Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Sfera.az-a açıqlamasında bildirib ki, şəxsi məlumatların yayılması ilə bağlı məlumatlar iki qrupa ayrılır:
"Biri ictimai şəxslərin , digəri isə sıravi vətəndaşların məlumatlarıdır. Adətən ictimai şəxslər, yəni cəmiyyət tərəfindən tanınan simalar barəsində məlumatı həm toplamaq, həm də yayılması ilə bağlı jurnalistlər, o cümlədən digər sahələrin nümayəndələri maraqlı olurlar. Onların hətta küçədə getdikləri yerdə şəkillərinin, videolarının çəkilib yayılması mümkündür və bu, istisna hal kimi qəbul olunmur. Qərb ölkələrinin təcrübəsində də həmin insanlar maraqlı şəxslər qrupuna aid olduqlarına görə, bu cür məlumatları xəbər portallarının dəyərli məlumatlar hissəsinə daxil edirlər”.

Vəkilin sözlərinə görə, sıravi şəxslərin fotolarının götürülməsi, hər hansı saxta hesab, profillər yaradaraq onlardan müəyyən məqsədlər üçün istifadə edilməsi, işgüzar nüfuzunun alçaldılması, eyni zamanda şəxsi adından istifadə etməklə gəlir əldə etməsi məsuliyyət yaradır: 

"Burada şəxsi məlumatların özünü də iki qrupa bölmək olar. Birincisi, şəxsi məlumatların məqsədli istifadəsindən asılı olaraq. Yəni həmin məlumatları əldə etməklə hər hansı bir maraq güdən şəxslər ola bilər. Maraq güdmədən həmin məlumatları əldə etmək lazımdır.  Eyni zamanda onu nüfuzdan salacaq, digər qapalı ola biləcək məlumatlara aid olan məlumatların yayılmasıdır. Bunlar da təbii ki, birmənalı olaraq qadağandır. Şəxsin şərəfi və ləyaqəti, işgüzar nüfuzu  mülki hüquqla qorunan predmentlərə aiddir. Hər hansı təhqir, böhtan olmadan belə məlumatların yayılmasında əgər sui-istifadə hallarına yol  verilibsə, bu zaman mülki icraat barəsində bu kateqoriyadan olan işlərə baxılır.  Bəzən görürük ki, sosial şəbəkələr vasitəsilə nüfuzlu şəxslərin  şəkillərindən istifadə edərək müxtəlif lotereya, mərc oyunlarının reklam çarxları həyata keçirilir. Təbii ki, bu məlumatların şikayət edilməsi, hətta aşkar olunarsa, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması mümkündür”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...