Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır
Gündəm
18:43 / 23.05.2016
1703
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır.
"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.
Bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektinin "Böyük Şor" yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.