Prokurorluq daş karxanasında ölümlə bağlı cinayət işi açdı

Prokurorluq daş karxanasında ölümlə bağlı cinayət işi açdı
Martın 6-da saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ərazidə Gülbaxt əhəng-daş yatağında yerləşən "Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanaraq yaxınlıqda yerləşən digər daş karxanasının işçisi 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşmüş və nəticədə sonuncu hadisə yerində ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...

ADAU-da elmi-nəzəri konfrans keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konf...