Uğurun Azərbaycan modeli – İlham Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiya

Uğurun Azərbaycan modeli – İlham Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiya
Azərbaycanın son iki onillikdə əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi xəttin müstəsna rolu var. Artıq 18-ci ildir ki, ölkəmizə rəhbərlik edən İlham Əliyevin prezidentlik dövründə illərlə yığılıb qalan çoxsaylı problemlər həllini tapdı, ölkənin iqtisadi və siyasi imkanları gücləndi, əhalinin sosial problemlərinin həllində ciddi dönüş yaradıldı, ordu gücləndirildi və uzun illərdir ki, işğal altında olan torpaqlar azad edildi.
 
Bu baxımdan 2003-2020-ci illər Azərbaycanın güclü dövlət konsepsiyasının reallaşdırılması, siyasi və iqtisadi sabitliyin gücləndirilməsi, torpaqlarımızın işğaldan azad edilməsi dövrü kimi xarakterizə oluna bilər.
 
2003-cü ildən ölkəmizdə ilk mühüm uğur sabitliyin və təhlükəsizlik mühitinin gücləndirilməsi oldu. Həmin dövrə qədər də ölkəmizdə sabitlik və təhlükəsizlik təmin olunmuşdu. Amma bu tarixdən təhlükəsizliyin daha da gücləndirilməsi 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi” layihənin reallaşdırılması üçün əlverişli imkanlar yaratdı.
 
"Əsrin Müqaviləsi” ilə bərabər digər enerji layihələrinə başlanıldı və bunun nəticəsində güclü və dayanıqlı maliyyə-iqtisadi sistem formalaşdırıldı, Azərbaycanın adı dünyanın aparıcı maliyyə-iqtisadi institutlarının reytinqlərində ön sıralara çıxmağa başlandı.
 
İqtisadi imkanların artmasında 2003-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının rolu böyükdür. İlham Əliyevin təşəbbüsü ilə hazırlanan proqramlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin sosial rifahının yaxşılaşmasına böyük töhfə oldu. 2003-cü ildə 18 manat olan pensiyanın orta məbləği 2020-ci ilin sonunda 330 manata, minimum əməkhaqqı 9 manatdan 250 manata, orta əməkhaqqı 77 manatdan 705 manata, sosial müavinətlərin orta məbləği 10 manatdan 118 manata yüksəldi.
 
Güclü iqtisadiyyat, möhkəm siyasi iradə müasir və güclü ordu quruculuğuna da şərait yaratdı. Azərbaycan dövlətinin qətiyyəti sahəsində qurulan güclü ordu və İlham Əliyevin güclü iradəsi 2020-ci ildə 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi.
 
Torpaqlarımızın işğaldan azad edilməsi çoxsaylı və sistem xarakterli tədbirlərin sayəsində mümkün oldu. Yəni, sadəcə güclü ordu yaratmaqla işğala son qoymaq mümkün deyildi. Ordu quruculuğu ilə bərabər vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsi, müstəqil daxili və xarici siyasət işğala son qoyulmasına töhfəsini verdi.
 
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün Azərbaycan xalqının haqq işində mənəvi-psoxoloji hazırlığın təmin edilməsi, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının haqlı tərəf olmasını əsaslandıran tarixi, hüquqi, geosiyasi reallıqların dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçı siyasətinin dünyada ifşa olunması və Azərbaycanın təcrid siyasətinin Ermənistanı bütün regional layihələrdən kənarda saxlaması, bunun nəticəsində iqtisadiyyatını çökdürməsi düşmənin zəiflədilməsinə ölkəmizin daha güclü tərəfə çevrilərək müharibədə zəfər əldə etməsinə kömək etdi.
 
İlham Əliyevin rəhbərlik etdiyi dövlətin apardığı hərtərəfli siyasətin hesabına indi Ermənistan qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan dövlətə çevrilib. Bu fakt 2003-2020-ci illərdə İlham Əliyev tərəfindən aparılan siyasətə qiymət verilməsində ən mühüm indikator hesab edilə bilər.
 
Vasif
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...