Yeni Zelandiyada növbəti güclü zəlzələ

Dünya
19:50 / 06.03.2021
2166
Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Kermadek arxipelaqı sahillərində baş verib.
Dağıntı və itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlər Yeni Zelandiyada ardıcıl güclü zəlzələlər qeydə alınır.