Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi, narkotik vasitənin satışından əldə olunmuş 125 manat pul aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 702 qramdan artıq heroin, 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunmuş 24.000 ABŞ dolları götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və 1 ədəd elektron tərəzi götürülüb.

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Q.Əliyevin idarə etdiyi "Nexia” markalı avtomobilə baxış zamanı sərnişini, Bakı şəhər sakini R.Əliyevə məxsus 4 kiloqram 670 qram heroin, 2 kiloqram 870 qram həşiş və 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.Feyzullayevin idarə etdiyi "Chevrolet” markalı avtomobilə baxış zamanı ona və sərnişini A.Nəsirova məxsus 3 kiloqram 230 qram heroin aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...