Tərtərdə oğurluq edən şəxslər saxlanılıb - FOTOLAR

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb - FOTOLAR
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq əməlləri törətmiş şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, fevral və mart aylarında Tərtər rayonu ərazisində avtomobillərdən oğurluq edilməsi barədə RPŞ-yə məlumatlar daxil olub.

Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ruslan Bayramlı saxlanılıb. Araşdırmalarla onun avtomobillərdən oğurluq edərək vətəndaşlara 300 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Bundan əlavə keçirilmiş digər əməliyyat tədbirləri ilə daha bir oğurluq əməli törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olan Tərtər rayon sakini İsmayıl Məmmədli tutularaq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...

Ağır xəstə olan Brüs Uillisin vəziyyəti pisləşib: Danışa yeriyə bilimir

Frontotemporal demensiyadan (FTD) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Brüs Uillis getdikcə real həyatl əlaqəni itirir. Onun vəziyyəti son vaxtlar ciddi şəki...

Bunu da sənayeyə çevirdilər: Yaponiyada ailə icarəyə verilir

Yaponiyada tək yaşayanların sayı ildən-ilə artır. Hətta izdihamlı şəhərlərdə insanlar bir-birindən daha da uzaqlaşır. Evlilik yaşı təxirə salınır, uşaq doğum sə...