Ötən ay 70 diplomun tanınmasından imtina edildi

Ötən ay 70 diplomun tanınmasından imtina edildi
Fevral ayı üçün təhsil sənədlərinin tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sfera.az-a verilən xəbərə görə, fevral ayında ötən ay ortalama baxılan 274 müraciətin 204-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 70 müraciət barədə isə mənfi qərar qəbul olunub.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 45, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 47, hüquqşünaslıq üzrə 41, tibb üzrə 32, maliyyə üzrə 27, menecment üzrə 20, biznesin idarə edilməsi üzrə 18, mühəndislik üzrə 14, beynəlxalq münasibətlər üzrə 14, mühasibat uçotu üzrə 8, turizm üzrə 7, kompüter elmləri üzrə 5, tarix üzrə 3, riyaziyyat üzrə 3 və digər ixtisaslar üzrə 35 nəfər müraciətçi qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...