"Barselona"da Pike şoku

İdman
17:13 / 05.03.2021
1199
"Barselona”nın müdafiəçisi Jerar Pike sıradan çıxıb.
Sfera.az xəbər verir ki, 34 yaşlı futbolçu İspaniya kubokunun yarımfinal mərhələsində "Sevilya” ilə cavab oyununda (3:0) zədələnib. Sağ dizindən zədə alan futbolçunun müalicə prosesi başlayıb.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.
Pike ötən ilin noyabrında sağ dizindən zədələnmişdi. O, fevralın ortalarında geri dönmüşdü.