Hansı halda məktəblər bağlana bilər? - EKSPERT AÇIQLADI

Hansı halda məktəblər bağlana bilər? - EKSPERT AÇIQLADI
Şagirdlərin 10-15 nəfəri bir gündə koronavirusa yoluxursa, bu, artıq kütləvi hal sayılır və məktəb qapanmaya gedir.

Sfera.az-ın məlumatına görə, bunu təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, ötən ilin mart ayından bütün məktəblər deyil, məhz yoluxma halları çox olan təhsil ocağı bağlanmalı idi: "Əslində, mart ayından bu cür addımlar atıla bilərdi və hansı məktəbdə kütləvi yoluxma halları müşahidə olunur, məhz onlar da bağlanmalı idi. Qonşu Rusiyada belə bir təcrübə var ki, hər hansısa sinifdə bir nəfər belə yoluxarsa, o sinif mütləq şəkildə qısamüddətli bağlanır. Yaxud bir məktbədə ən azı 15-20 nəfərdə yoluxma qeydə alınırsa, təhsil ocağı bağlanır və iki həftə sonra açılır".

Q.Məhərrəmov qeyd edib ki, artıq müəyyən mənada başa düşülüb ki, bütün təhsil müəssisələrini bağlayaraq bu virusla mübarizə aparmaq lazım deyil: "Mən düşünürəm ki, biz yavaş-yavaş normal həyatımıza geri qayıtsaq, bu, daha yaxşı bir addım olacaq". (Trend)

OXŞAR XƏBƏRLƏR

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.   Şəhər sakinləri günün isti saatlarında...

Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-d...

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...