DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı AÇIQLAMA

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi hazırda inzibati həbsdə olan Nidaçı gənc Elmir Abbasov saxlanılarkən polislər tərəfindən təzyiqə və təhqirə məruz qaldığı barədə iddialara münasibət bildirib.

Sfera.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, səsləndirilən iddiaların tam əksinə olaraq E.Abbasov saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, işgəncə və ya təhqiredici hərəkətlər olmayıb: "Onun saxlanılması qanunamüvafiq qaydada həyata keçirilib.

Elmir Abbasov məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub. Anası da Elmirlə görüşüb və oğlunun saxlanma şəraiti, qidalanması və eləcə də ümumi əhvalı barədə iradının olmadığını bildirib”.

Qeyd edək ki, E.Abbasov İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə təqsirləndirilir.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...