Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxdı

Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxdı
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Sfera.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

OXŞAR XƏBƏRLƏR