Kosmosda ilk hotel bu tarixdə tikiləcək

Kosmosda ilk hotel bu tarixdə tikiləcək
"Orbital Assembly Corporation” (OAC) korporasiyası 2025-ci ildə aşağı Yer orbitində "Voyager” ilk kosmik hotelinin tikintisinə başlayacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Daily Mail” yazıb.

Hotel artıq 2027-ci ildə istismara verilə bilər. O, böyük halqa şəklində və Aydakı kimi olacaq süni cazibə yaratmaq üçün dönəcək. Hotel restoranlar, barlar, idman zalları, kinoteatrlar, spa salonlar ilə təchiz ediləcək və orada eyni zamanda 400 nəfər qalacaq.

Hələlik inşaatın dəyəri və hoteldə 1 gecəlik qalma xərci açıqlanmayıb. Lakin "Voyager”in fırlanan halqanın xaricinə bərkidilən kapsullarla təchiz ediləcəyi məlumdur. Kapsulaların bir hissəsi müxtəlif tədqiqatlar məqsədi üçün kosmik agentliklərə satılacaq.

Daxili halqa kosmik gəmilər, sərnişinlər və yüklərin boşaldılması üçün "park yeri” olacaq. Halqanın yaşayış sahəsində isə yalnız nömrələr deyil, həm də idman zalı, mətbəx, restoran, bar və ekipaj üçün yerlər olacaq. Kosmik istirahət həvəskarları özəl villa üçün 20x12 metrlik modullar ala biləcəklər, iş adamları isə orbitdə iş aparmaq üçün modullar əldə edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...