Ölkədə vaksinasiyadan keçənlərin sayı AÇIQLANDI

Cəmiyyət
13:35 / 02.03.2021
1134
Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,498 nəfər vaksinasiya olunub.
Sfera.az-ın "Koronavirusinfi.az”saytına istinadən məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293,360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.