Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək - VİDEO

Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək - VİDEO
Azərbaycan və Türkiyə kino sahəsində əməkdaşlığa hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov "TRT Haber”ə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, müharibədə qəhrəmanlıq göstərən əsgərlər barədə film çəkiləcək:

"30 il işğal altında olan torpaqlarımızı azad etdik və savaşda qəhrəman əsgərlərimizin şücaətini daha təsirli səviyyədə göstərmək üçün kinolara ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrindən Azərbaycan da istifadə edəcək”.

Bundan əlavə, A. Kərimov vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda tarixi abidələrin bərpası prosesi də Türkiyə ilə birgə həyata keçiriləcək.
 



OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...