“İsgəndər” raketi Bakı üzərində vurulub – Britaniya mətbuatından ŞOK

“İsgəndər” raketi Bakı üzərində vurulub – Britaniya mətbuatından ŞOK
Ermənistan noyabrda Qarabağ müharibəsi zamanı Rusiya istehsalı olan ballistik "İsgəndər” raketini Bakını vurmaq üçün istifadə edib. Lakin raket Bakı üzərində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Sfera.az xəbər verir ki, bu sensasion materialı yüksək rütbəli məmura istinadla Britaniya nəşri "Middle East Eye" yayımlayıb.

"İrəvan "İsgəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin "Barak-8” sistemi onu havada məhv edə bilib”, - deyə britaniyalı məmur bildirib.

Ötən il noyabrın 9-dan 10-una keçən gecə, təxminən 1 radələrində Bakıda dəhşətli partlayış səsləri eşidilmişdi. Sonradan məlum oldu ki, Xırdalan ərazisində nəsə baş verib. Bu barədə rəsmi açıqlama olmasa da, Xırdalanın yaşayış az olan ərazisinə nəsə düşdüyü barədə sosial şəbəkələrdə məlumat yayıldı. Hətta fotolar da paylaşılmışdı.

Həmin gecə ermənilər tərəfindən Bakıya "İsgəndər” raketinin atıldığını əks etdirən görüntülər də yayılmışdı.
 
(bakupost)

OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...