“Metro açılmayacaq, toylara da icazə verilməyəcək” – AÇIQLAMA

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək” – AÇIQLAMA
"Bir neçə dəfə gündəmə gətirdim: Əhali zülüm çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaqlar. Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq”.


Sfera.az-ın xəbərinə görə  bildirir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, əslində bunlar çox sadə məsələdir: "Ancaq mürəkkəbləşdirmənin səbəbi var. Bilirsiniz niyə? Operativ Qərargah deyilən mifik bir yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var. Demək heyvandarlıqla məşğul olan bir sahibkar təsərrüfatında xəstəliyin profilaktikası üçün xaricdən mütəxəssis dəvət edib ki, gəlib mümkün təhlükənin qarşısını alsın. Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir. Rəsmi qaydada müraciət edib icazə üçün Operativ Qərargaha. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir. Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab. Bakının keçmiş meri necə deyirdi: "Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!” Cavabın unikallığına baxın, pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin? Ölkədə prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb dövlət büdcəsindən onlara yardım edilməsi üçün göstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?”/Sozcu.az/

OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...