Belarusla hərbi əməkdaşlıq müzakirə olundu

Belarusla hərbi əməkdaşlıq müzakirə olundu
Martın 1-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb.

General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini qeyd edən səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.

Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...