İrəvanda Rusiyaya qarşı bayraq təxribatının pərdəarxası

İrəvanda Rusiyaya qarşı bayraq təxribatının pərdəarxası

Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistana səfəri zamanı prezident Serj Sarkisyanla görüşüb. Erməni prezidentin iqamətgahında baş tutan görüşdə Dmitri Medvedyev və onun timsalında Rusiyaya qarşı böyük hörmətsizlik nümayiş olunub.

Ermənistan rəsmiləri protokol qaydalarına saymazyana yanaşaraq rəsmi görüş zamanı masanın kənarına Rusiyanın bayrağını qoymayıblar.

Sarkisyan və Medvedyevin danışıqlar apardığı otaqda yalnız Ermənistan bayrağı olub. Siyasi müstəvidə bu addım hörmətsizlik və tərbiyəsizlik kimi qiymətləndirilir. 

Təcrübə göstərir ki, rəsmi görüşlər zamanı bayraqların qoyulmaması ölkələr arasında diplomatik qalmaqala gətirib çıxarır. Hələlik Rusiya tərəfi Sarkisyanın bu hörmətsizliyinə reaksiya verməyib.

Burada unutqanlıqdan söhbət gedə bilməz. Dövlət başçılarının, eləcə də hökumət rəhbərlərinin səfərləri rəsmi proqram əsasında həyata keçirilir. Onların çıxışlarından tutmuş gedəcəkləri yerə kimi hər şey ən kiçik detalınadək bütün incəlikləri ilə icra olunur. Əminliklə demək olar ki, Ermənistan tərəfi görüşə Rusiya bayrağını qoymamaqla Moskvaya hansısa mesajı vermək istəyib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, politoloq Qabil Hüseynli hesab edir ki, görüş zamanı Rusiya bayrağının asılmaması bu iki ölkə arasında siyasi qalmaqala səbəb ola bilər:

"Bu, Ermənistan tərəfinin Rusiyaya qarşı de-marşı kimi qiymətləndirilə bilər. Görünür, aprel hadisələrinə görə, Ermənistanın Rusiyaya qarşı incikliyi hələ də davam edir. Ermənistan bununla böyük qardaşına hörmətsizlik etdi. Rusiyanın buna sakit yanaşacağı inandırıcı görünmür. Sözsüz ki, bir cavab olacaq. Hesab edirəm ki, Rusiya bayraq hörmətsizliyini həzm edəcəksə, bu o deməkdir ki, böyük dövlətçilik qüruru zədə alıb", - deyə Q.Hüseynli vurğulayıb.

 

Politoloq Fikrət Sadıqov bildirib ki, hökumət rəsmilərinin təkbətək görüşü zamanı Rusiya bayrağının olmaması bu ölkəyə qarşı sayğısızlıqdır.

"Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün quruma üzv dövlətlərin baş nazirləri İrəvana gəlib. Əgər görüşlərdə Ermənistan bayrağı asılırsa, mütləq digər dövlətlərin də bayraqları asılmalıdır. Bu gün Ermənistan prezidenti ilə Rusiya baş nazirinin görüşü zamanı yaşanan hal hörmətsizlikdir". 

F.Sadıqov qeyd edib ki, Ermənistan cəmiyyəti aprel hadisələrindən və Vyana görüşündən sonra Serj Sarkisyanın siyasəti ilə razılaşmır: "Cəmiyyətin müxtəlif dairələri, müxalifət partiyaları, hətta partiyadaşları Sarkisyana öz etirazlarını bildirirlər. Eyni zamanda ermənilər hesab edir ki, Rusiya onları lazımınca müdafiə etmir. Guya Ermənistan Rusiyaya bu formada etiraz edir". 


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...