Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...

Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...
"Ermənistandakı böhranlı vəziyyət  Azərbaycana gələcəkdə antiterror  əməliyyatı keçirmək üçün ikinci bir zəmin verə bilər”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan daxilində hazırda yaşanan siyasi böhrandan Azərbaycanın hansı müstəvidə yararlana biləcəyi məsələsinə toxunarkən, politoloq Natiq Miri deyib.

Politoloq qeyd etdi ki, Ermənistanda yaşanan böhran Azərbaycanın indiyə qədər iddia etdiyi məsələlərdə nə qədər haqlı olduğunu bir daha göstərdi: 

"Bu da dolayısı ilə Azərbaycanın mövqeyini gücləndirən şəraitdir.  Belə ki, Ermənistanda artıq böhran tək ordu ilə hökumət arasında yaşanmır, habelə bu ölkə hökumətlə prezident arasında da ciddi siyasi böhran ərəfəsindədir. Belə bir siyasi böhranın yaşanması Ermənistanı hər cəhətdən zəiflədir”. 

Həmsöhbətimiz bildirdi ki, iqtisadi  böhran keçirən Ermənistan getdikcə hərbi-siyasi baxımdan da böhrana yuvarlanır.  Bu isə politoloqa görə, həm ölkə daxilində, həm regionda, həm də qlobal səviyyədə İrəvanın mövqeyini sarsıdır: 

"Perspektiv az olsa da, hərbi çevrilişin həyata keçirilməsi isə Ermənistanda hökumətin qeyri-legitimliyini ortaya qoyacaq.  Yəni hərbi xuntanın Ermənistanda hakimiyyəti zəbt etməsi  qlobal səviyyədə Azərbaycanın mövqelərini gücləndirəcək”.

N. Mirinin fikrincə, bundan sonra Azərbaycan daha rahat şəkildə Qarabağdakı erməni silahlı qüvvələrinin tamamilə torpaqlarımızdan çıxarılmasına cəhd edə, bu yöndə antiterror əməliyyatı keçirə bilər:

"Düşünürəm ki, Ermənistandakı böhranlı vəziyyət  Azərbaycana gələcək perspektivdə antiterror  əməliyyatı keçirmək üçün ikinci bir zəmin verə bilər.  Bu xüsusda Ermənistandakı böhran əlbəttə ki, hər cəhətdən Azərbaycanın mövqelərini gücləndirir”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...