Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı
Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

Sfera.az-ın məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. 

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. 

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub. (APA)

OXŞAR XƏBƏRLƏR