ABŞ Konqresmeni Xocalı faciəsi ilə bağlı çağırış etdi - FOTO

ABŞ Konqresmeni Xocalı faciəsi ilə bağlı çağırış etdi - FOTO
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Braun Aderholt Nümayəndələr Palatasının sədri, xanım Nensi Pelosiyə Xocalı faciəsi ilə bağlı məktub göndərib. 

Sfera.az xəbər verir ki, o, məktubuna "Fevralın 25-də Xocalıda öldürülən yüzlərlə azərbaycanlının xatirəsini yad etməyə çağırıram” sözləri ilə başlayıb.
 
Məktubda 1980-ci illərin sonlarında Ermənistan ilə Azərbaycan arasında silahlı qarşıdurmanın olduğu xatırlanıb və bildirilib ki, bu qarşıdurma Xocalı faciəsinə gətirib çıxardı və yüzlərlə insanın həyatının itirilməsi ilə nəticələndi:

"Ailələr məhv edildi, Xocalı şəhəri tamamilə dağıdıldı. 1994-cü ildə atəşkəs haqqında danışıqlar aparıldı, lakin münaqişə həll olunmamış qaldı. Ardınca 2020-cı ilin sentyabrında Azərbaycan və Ermənistan arasında döyüş başladı. İndi dualarım odur ki, Dağlıq Qarabağda sülh olsun, son otuz ildə davam edən əngəllər aradan qaldırılsın. Təhlükəsizlik təmin edilsin, regional əməkdaşlıq bərpa olunsun”.

ABŞ-lı siyasətçi Azərbaycanla diplomatik münasibətlərin məhz Xocalı faciəsi ilə eyni ildə qurulduğunu bildirib:

"1992-ci ildən bəri Azərbaycan ABŞ-ın  terrorla mübarizədə əsas tərəfdaşı oldu,  iki xalq ticarət əlaqələrini inkişaf etdirdi. Sazişlər və ikitərəfli investisiya müqavilələri imzalandı”.

Robert Braun Aderholt  bu cür vəhşiliklərin yenidən baş verməməsi üçün birlikdə işləməyi tövsiyə edib.

Qeyd edək ki, Respublikaçılar Partiyasını təmsil edən  siyasətçi 3 yanvar 1997-ci ildən bu yana Alabama ştatının 4-cü seçki dairəsindən ABŞ Konqresinin Nümayəndələr Palatasına üzv seçilir. 
 
(Bizim.Media )

 


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliy...

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...