Vyanada Xocalı soyqırımı qurbanları anıldı

Vyanada Xocalı soyqırımı qurbanları anıldı
Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu barədə Sefera.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Avstriyadakı səfirliyinin önündə keçirilən tədbirdə Dərnək üzvləri və bu ölkədəki türk mətbuatının nümayəndələri iştirak edib. Aksiya zamanı Azərbaycan səfirliyinin önündə yaradılmış anım güşəsinə əklillər qoyulub və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərnəyin sədri Yardım Günəş səfirliyin önündə Avstriyadakı türk mətbuat orqanlarının təmsilçilərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması və siyasi-hüquqi qiymətin verilməsi üçün hər bir diaspor üzvü və təşkilatı yerli ictimaiyyət və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməli, ardıcıl və sistemli fəaliyyət aparmalıdır.

OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...