Rusiya seçimini etdi - Azərbaycan, yoxsa Ermənistan?

Rusiya seçimini etdi - Azərbaycan, yoxsa Ermənistan?
Rusiyanın Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Ermənistana və Azərbaycana münasibəti ilə bağlı fərqinin nüanslarını izah edib.

Sfera.az anspress-ə istinadən bildirir ki, MDB ölkələrinin dördüncü departamentinin direktoru Aleksey Pavlovski Ermənistan və Rusiyanın müttəfiq olduğunu deyib.

"Rusiya Azərbaycanı strateji tərəfdaş kimi səciyyələndirir. Hər iki söz tamamilə aydındır. Əməkdaşlıq dedikdə bizim birlikdə işlədiyimiz və bu əməkdaşlığın uzunmüddətli xarakter daşıdığı müəyyən edilir. Obyektiv amillər Rusiya və Azərbaycan arasında münasibətlərin əsasını təşkil edirlər. Biz coğrafi yaxınlığı, iqtisadi əlaqələrı, Rusiyada böyük Azərbaycan diasporunun mövcudluğunu strateji əməkdaşlıq adlandırırıq. Ermənistandan fərqli olaraq Azərbaycan Rusiyanın müttəfiqi deyil. Bizim Ermənistanla hərbi-siyasi ittifaqımız, qarşılıqlı yardım üzrə bir sıra müqavilələrimiz var", - deyə Pavlovski bildirib.

Diplomatın sözlərinə görə, məhz bu fərqlər Rusiyanın Ermənistana və Azərbaycana münasibətlərin əsasını təşkil edir. "Çox az adam belə xırda detalları izah edə bilir. Amma bu, çox əhəmiyyətlidir", - deyərək Aleksey Pavlovski fikrini bildirib. 

Ermənistan mətbuatı bu müsahibəni Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin İrəvanla bağlı verdiyi mənfi bəyanatlara cavab olaraq qiymətləndirir.

Çünki aprelin əvvəlində Dmitri Roqozinin Azərbaycanın Rusiya Federasiyasının strateji tərəfdaşı olduğunu bildirməsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb. 
Rusiya seçimini etdi - Azərbaycan, yoxsa Ermənistan?

Apreldə baş verən hadisələrdən sonra Ermənistan və Rusiya arasında münasibətlər kəskinləşib. Rəsmi İrəvan və Ermənistan cəmiyyəti açıq formada aprel məğlubiyyətinə görə Rusiyanı günahlandırıb. Çünki ermənilər düşünürlər ki, Azərbaycan Rusiya silahları ilə Ermənistan əsgərlərini öldürür. Münasibətlərin belə kəskinləşməsində Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin payı da az deyil.

Rusiya isə Azərbaycana silah satışı ilə bağlı açıqlmasında dedi ki, rəsmi Moskva Bakıya silah satmağa davam edəcək. Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin mətbuata müsahibəsində bildirib ki, əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq. "Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq".

OXŞAR XƏBƏRLƏR

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...