“Zapravka”ya hücum edən maskalı şəxs saxlanıldı - FOTOLAR

“Zapravka”ya hücum edən maskalı şəxs saxlanıldı - FOTOLAR
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə RPİ-nə fevral ayının 22-də səhər saat 5 radələrində bir nəfər maskalı, naməlum şəxsin şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrindən (YDM) birinə basqın edərək, əlindəki bıçaqla YDM əməkdaşından pul tələb etməsi, istəyinə nail olmadıqda isə YDM-nə benzin tökərək yandırmağa cəhd etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. 

Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən R. Tağıyev barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Yayda dezodorant təhlükəsi: Alüminium tərkibli məhsullar risklər yaradır

Yay aylarında artan temperatur və rütubət fonunda insanların ən çox müraciət etdiyi kosmetik məhsullardan biri dezodorantlardır. Satışa çıxarılan dezodorantları...

Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.   Sfera.az xəbər verir ki, bu barədə vəkil Muxtar Mustafayev məlumat ya...

Narkotikin təsiri altında avtomobil sürdü – Polis saxladı

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinin ...

Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki 49 nəfərin hamısı ölüb -YENİLƏNİB

İlkin məlumata görə, qəzaya uğrayan "An-24" təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Ru...

Azərbaycanda bu xəstəliyə tutulanların sayı artdı – Həyəcan təbili…

Həkim, kardioloq, endokrinoloq Zaur İslamov Azərbaycanda şəkərli diabet xəstələrinin sayının artması faktı ilə bağlı müsahibə verib.    Sfera.az...

Qadını çılpaq fotoları ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bağır Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə ...