“Artıq pandemiyanın dinamikası nəzarət altındadır” – “Yazın gəlişi ilə...”
16:33 / 25.02.2021
1743
Yaz fəslininin
yaxınlaşması ilə mövsümi infeksion xəstəliklərin artması gözlənilir. Bu
isə koronavirusa yoluxmada da çoxalmanın olacağı ilə bağlı narahatlıqları artırır.
Hətta
mart ayının ortalarından etibarən yoluxmanın yenidən pik həddə çatacağı və sərt
karantin rejiminin tətbiqi kimi məsələlər də gündəmdədir.
Maraqlıdır,
doğurdan da növbəti ay üçün riskli vəziyyət gözlənilirmi?
Mövzu ilə
bağlı Sfera.az-a danışan professor Adil Qeybulla narahatlığa əsas olmadığını və
vəziyyətin daha da stabilləşəcəyini bildirib:
"Yaz-yay
aylarında koronavirusa yoluxmada artımın olması ilə bağlı çox müzakirələr
gedir. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də bildirdi ki, artıq
pandemiyanın dinamikasını nəzarət altına almaq mümkün olub. Yəni, bu o deməkdir
ki, xəstəliyi lokallaşdırmaq üçün imkanlar var.
Sfera.az
Əzizə
Zeynal