Camalanın nümayəndəsi: Qaydaları pozmamışıq

Camalanın nümayəndəsi: Qaydaları pozmamışıq
"Eurovision 2016”nın qalibi Camalanın piar direktoru Denis Kozlovski, ifaçının müsabiqənin qaydalarını pozmasına dair bəyanatları təkzib edib.
Sfera.az lenta.ru-ya istinadən xəbər verir ki, Camalanın nümayəndəsi mayın 19-da ukraynalı jurnalist Anatoli Şari tərəfindən dərc edilən videosunu şərh edib.
"Bu video krım tatarlarını deportasiyasına həsr edilib, 2015-ci ilin mayın 18-də keçirilən qapalı tədbirdə mobil telefona çəkilib. Bu vieoda Camala "1944” mahnısının ilkin versiyasını ifa edir, həmin vaxt mahnının adı, mətni, aranjmanı və strukturu fərqli idi”, - Kozlovski deyib.
Onun sözlərinə görə, bu tədbirdə çəkiliş qadağana idi və "mahnı heç bir internet-platformalarda rəsmi dərc edilməyib”.
"Kommersiya relizi 2016-cı ilin fevral ayının 5-də baş tutub, publika üçün mahnı ilk dəfə "Eurovision”a milli seçimin yarımfinalında ifa edilib”, - o, əlavə edib.
Xatırladaq ki, müğənnini "Eurovision”da daha öncə ifa edilmiş mahnını təqdim etməkdə ittiham ediblər.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...