Bayden Trampın daha bir fərmanını LƏĞV ETDİ

Bayden Trampın daha bir  fərmanını LƏĞV ETDİ
ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın imzaladığı bəzi xarici vətəndaşlar üçün ölkəyə girişi qadağan edən fərmanı ləğv edib.

Sfera.az  xəbər verir ki, Baydenin açıqlaması Ağ Ev tərəfindən yayımlanıb.

"Girişin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir. Əksinə, ABŞ vətəndaşı və ya yaşayış icazəsi olan ailə üzvlərinin burada öz ailələri ilə görüşməsini əngəlləməklə bərabər ölkəyə ziyan vurur”,- deyə Bayden qeyd edib.

Baydenin fikrincə, Trampın bu qərarı dünyanın müxtəlif yerlərində istedadlı şəxslərdən istifadə edən sənaye sahələrinə mənfi təsir edib.

O həmçinin, qərar səbəbindən "Green Card” qazanmış şəxslərin ölkəyə girə bilmədiklərini də əlavə edib.

Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində "COVID-19” pandemiyası dövründə "ABŞ əmək bazarı üçün risk yaradan mühacirlər”in ölkəyə girişini qadağan edən bir fərman imzalamışdı.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...