13 evdən 40 min manatdan çox oğurluq etdilər - FOTO

13 evdən 40 min manatdan çox oğurluq etdilər - FOTO
Xaçmazda silsilə oğurluqlar edərək vətəndaşlara 40 000 manata yaxın maddi ziyan vuran dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən və mağazalardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Məmməd Sultanov, Eyvaz Paşayev, Şəmsəddin Almasov və Taleh Orucəliyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə 13 fərdi yaşayış evinə və mağazaya qanunsuz daxil olaraq, zərərçəkmişlərə məxsus  məişət əşyaları və avadanlıqları, mobil telefonlar, elektrik generatoru, təsərrüfat malları, kombi və radiatorlar, ov silahı, eləcə də ümumilikdə 10.000 manatdan çox pul və 8.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Oğurladıqları qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, satışdan əldə etdikləri pulları öz aralarında bölüblər. Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı həmin şəxslər barəsində Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu xəstəliyə tutulanların sayı artdı – Həyəcan təbili…

Həkim, Kardioloq, endokrinoloq Zaur İslamovun ölkədə şəkərli diabet xəstələrinin sayının artmasının səbəbləri haqda “Yeni Sabah”a müsahibəsini təqdi...

Qadını çılpaq fotoları ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bağır Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə ...

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.   Sfera.az AZƏRTA...

Bütün sosial müavinətlər alanlara MÜJDƏ

İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu ba...

Bədən, yoxsa beyin – Hansı daha tez qocalır? - ARAŞDIRMA

Yeni bir elmi araşdırma sübut edib ki, sürətlə qocalan insanların xroniki xəstəliklərə tutulma riski digər insanlara nisbətən 18 faiz daha yüksəkdir.  ...

Füzulidəki yanğın nəzarətə götürüldü

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəs...