Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu

Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu
Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Buna səbəb general-leytenantın Nikol Paşinyanın sözlərini ələ salması olub. Xatırladaq ki, daha əvvəl "Yerevan.today” portalı Tiran Xaçatryanın Ermənistanın baş naziri Nikol Paşinyanın "İskəndər” raketləri ilə bağlı bəyanatı haqqında şərhini yayıb. Nikol Paşinyan iddia edib ki, Qarabağ müharibəsi zamanı "İskəndər” raketlərinin cəmi 10 faizi partlayıb. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan jurnalistin "Paşinyanın iddia etdiyi kimi "İskəndər" raketlərinin 10%-nin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10%?.. Bağışlayın, amma bu qeyri-ciddidir".

Ermənistanın Müdafiə Nazirliyi bundan bir neçə sonra geniş bəyanatla çıxış edib. Nazirlik iddia edib ki, Xaçatryanın sözləri guya "təhrif olunub”.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...