“Biz qul deyilik, dənizçiyik” - Mübariz Mənsimovun işçiləri üsyan etdi

“Biz qul deyilik, dənizçiyik” - Mübariz Mənsimovun işçiləri üsyan etdi
"Palmali Shipping” şirkətinin onlarla gəmisi Aralıq dənizindəki limanlarda tərk edilmiş vəziyyətdədir.

Sfera.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, "Shovket Alekperova” adlı şirkət gəmisi 9 aydır Zeytinburnuda lövbərdə gözləyir. Həmçinin şirkətin 150 işçisinin yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmədiyi də iddia edilir. Maaşlarını ala bilməyən işçilər gəmidəki yemək və təmiz su çətinliyindən də əziyyət çəkirlər.

Hazırda "Shovket Alekperova” gəmisinin heyəti "Twitter”də paylaşım edərək səsini eşitdirməyə çalışır.

Heyətin son "tweet”ində, "9 aydır Zeytinburnuda lövbər gözləyirik. "Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”,-ifadələrinə yer verib.

Qeyd edək ki, digər bir hadisə Beyrutda lövbər atan "Palmali Shipping”ə məxsus bir tankerdə doqquz günlük aclıq aksiyası keçirilmişdi, heyət üzvlərinin evlərinə təyyarədə göndərilməsi ilə nəticələnmişdi. Həmin vaxt itirilmiş maaşların bir hissəsini ödəmək üçün onlara 114 min dollar təklif edilmişdi.

Bildirək ki, yanacaq tədarükçülərinə, gəmiqayırma zavodlarına və banklara təxminən 900 milyon dollar borcu olduğu ortaya çıxan Palmali Holdinqin bir çox gəmisi ələ keçirilib, lakin bununla da borclar tam ödənilməyib.

SOCAR neft şirkəti də Mübariz Mənsimova məxsus Palmali qrupuna qarşı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsində bir sıra iddia qaldırmışdı. 2018-ci ildə və ondan sonrakı dövrlərdə açılan iddialardan 3-ü həllini tapdı. London Beynəlxalq Arbitraj Məhkəməsi  "Palmali”nin "Socar”a 3 məhkəmədən ümumilikdə 245 milyon dollar təzminat ödəməsinə qərar verdi.

Xatırladaq ki, 2018-ci ildə iflas edən "Palmali Shipping” şirkətinin qurucusu Mübariz Mənsimov İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində mart ayında nəzarətə götürülüb və İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Mənsimov haqqında "FETÖ / PDY silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7.5 ildən 15 ilədək həbs cəzası verilməsi barədə cinayət işi açılıb. (Yenisabah.az)

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...