Ərdoğanla Davudoğlunun vida görüşü
20:11 / 19.05.2016
2526
Türkiyə baş naziri Əhməd Davudoğlu hazırda prezident Rəcəb Tayyib Ərdoğanla vida görüşü keçirir.
Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Ərdoğanla görüşmək üçün prezident sarayına gedib. Görüş mətbuata qapalı olaraq keçir.
Qeyd edək ki, Ə. Davudoğlu AKP-nin sədri vəzifəsindən istefa edib. Mayın 22-də partiyanın keçiriləcək fövqəladə qurultayında isə baş nazir vəzifəsindən istefa verəcək.
Bu gün AK partiya yeni sədr və baş nazir namizədi olaraq nəqliyyat naziri Binəli Yıldırımı seçib.