Hulusi Akar: "Yunanıstana qaydalar çərçivəsində lazımi cavabı verilib"

Hulusi Akar:
"Təəssüf ki, bu, yunan qonşularımızın tez-tez etdiyi təxribatçı hərəkətlərindən biridir. Dünən ortaya çıxıb. Bizim də özümüzə görə qaydalarımız var, qaydalar çərçivəsində lazımi cavabı verilib”.

Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

"Orada apardığımız iş tamamilə hidroqrafik araşdırmadır, zəlzələ ilə bağlı elmi, texniki bir işdir. Daha öncə yunan qonşularımızın özlərinin də etdiyi bir şeydir. Öz ərazimizdə özümüzlə əlaqəli elmi, texniki araşdırmamızı apararkən bu şəkildə təxribatın uyğun olmadığını, mehriban qonşuluq münasibətlərinə yaraşmadığını hamımız görürük. Həmişə dediyimiz kimi, dialoq tərəfdarıyıq, mehriban qonşuluq münasibətlərindən yanayıq, beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarıyıq, ancaq, təəssüf ki, bəzən bu kimi hərəkətlər olur. Bu mövzuda bizim mövqeyimiz, qərarımız, edəcəyimiz iş bəllidir. Bundan heç kimin şübhəsi, narahatlığı olmasın”, - nazir vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...