“Dövlət İmtahan Mərkəzinin qərarları reputasiyasına zərər verir” - Açıqlama

“Dövlət İmtahan Mərkəzinin qərarları reputasiyasına zərər verir” - Açıqlama
28 fevralda magistraturaya qəbul imtahanları keçiriləcək. Digər tərəfdən pandemiya ilə əlaqədar şənbə və bazar günləri ictimai nəqliyyat işləmir. Bu o deməkdir ki, 20 minə yaxın namizəd imtahana taksi ilə getməli olacaq və bu da tələbələrin narazılığına səbəb olub.

Təhsil eksperti Elvin Bədirov problemlə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, son illərdə Dövlət İmtahan Mərkəzinin atdığı addımlar və verdiyi qərarlar təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır:

"Buna xeyli haqlı səbəblər də var. İmtahan qiymətlərinin dəyərindən qat-qat baha qiymətə olması, bir imtahanın çox uzun intervalla iki dəfə keçirilməsi Dövlət İmtahan Mərkəzinin bu illər ərzində gördüyü çox möhtəşəm işlərə və əla reputasiyasına zərər verir.
 
Yaxşı olardı ki, Dövlət İmtahan Mərkəzi magistr qəbul imtahanını fevral və iyun kimi uzaq aylarda edəcəyinə, bir-birinə yaxın aylarda, məsələn, may və iyun aylarında edərdi. Əks halda ictimaiyyət də bunun iki şans kimi deyil, kommersiya məqsədi olaraq anlamazdı”.

Ekspert düşünür ki, şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi və imtahan günlərinin isə həftə sonlarına salınması məcburiyyətdəndir və alternativi yoxdur:

"Nəzərə alsaq ki, imtahanların keçiriləcəyi binalar həftə içi tədris üçün istismardadır və eyni zamanda imtahan zal nəzarətçiləri də əsasən, məktəblərdə tədris aparır, magistr namizədlər üçün əlavə xərc yaratmış olsa da bu günün şərtlərində ən əlverişli addım məhz şənbə və bazar keçirilməsidir. Həm yolların tıxaclarla zəngin olduğu bu günlərdə qismən rahatlıq yaradar, həm də əlavə günlük stresdən namizədləri xilas etmiş olar”.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.   Şəhər sakinləri günün isti saatlarında...

Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-d...

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...