NASA Mars səthindən gələn ilk səsləri yayımladı - VİDEO

NASA Mars səthindən gələn ilk səsləri yayımladı - VİDEO
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi Mars planetinin səthindən gələn və "Perseverance” roverinin "qırmızı planet”ə endikdən sonra qeydə aldığı səslərin səs yazısını yayımlayıb.
 
Sfera.az xəbər verir ki, səs yazısında, ehtimal ki, külək əsdiyindən sakit xırıltı və güclü uğultu eşitmək olur.

Xatırladaq ki, "Perseverance” planetoxodu fevralın 18-də Marsda Yezero kraterinə enib. Roverdən istifadə ilə "Mars 2020” missiyasının özü isə keçən ilin iyul ayında Yerdən başlayıb. NASA tarixindəki beşinci marsaxod "qırmızı planet”in quruluşunu və geologiyasını öyrənmək üçün yeddi elmi cihazla təchiz edilib.

Missiyanın əsas vəzifəsi sonradan Yerə çatdırılması gözlənilən Mars torpağından nümunələr toplamaq olacaq. "Perseverance” planetoxodunda həmçinin Mars atmosferindən oksigen əldə etmək üçün təcrübə cihazı, habelə ilk dəfə başqa planetdə uçmalı olacaq "kosmik helicopter” də var.
 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...