ÜST: Bütün ölkələrdə peyvəndləmə aparılmalıdır

ÜST: Bütün ölkələrdə peyvəndləmə aparılmalıdır
Dünyanın hər hansı bölgəsində koronavirusa qarşı peyvəndləmənin aparılmaması və ya yubadılması həmin xəstəliyin yeni növlərinin yayılmasına, mövcud dərmanların təsirini heçə endirməsinə gətirib çıxara bilər.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə videosöhbətindən sonra jurnalistlərlə görüşü zamanı bildirib.

Suallara cavab verən təşkilat rəhbəri qeyd edib ki, bütün ölkələrdə peyvəndləmənin başlaması dünyanın ümumi mənafeyinə uyğundur.

"Bu virus hər yerdə məğlub edilməsə, biz onu dünya miqyasında məğlub edə bilmərik. Peyvəndləmənin keçirilməyəcəyi, yaxud təxirə salınacağı hər hansı yerlər koronavirusun yeni-yeni növlərinin çoxalması üçün meydana çevriləcək. Belə olarsa, tətbiq etdiyimiz dərmanlar faydasız ola bilər”, - diplomat vurğulayıb.

O həmçinin inkişaf edən ölkələrdə peyvəndləmənin aparılmaması səbəbindən həm də yüksək gəlirli ölkələr üçün ciddi problemlər yaranacağını dilə gətirib. Bununla bağlı o, həmin dövlətləri öz vətəndaşları ilə yanaşı, dünyanın bütün sakinlərinin də peyvəndlənməsinin vacib olduğunu başa salmağa çağırıb.

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...