Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi başlanıldı

Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi başlanıldı
Ermənistanın "Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyan barədə bir müddət əvvəl etiraz aksiyasında işlətdiyi ifadələrlə əlaqədar cinayət işi başladılıb.

Sfera.az  xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib.

Cinayət işinin Cinayət Məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə, ərazi bütövlüyünü pozma və ya Ermənistan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırış) maddəsi ilə başladıldığı bildirilib.

Qeyd edək ki, Q. Manukyan hərəkatın baş nazir postuna vahid namizədidir.

Xatırladaq ki, 20 fevralda İrəvanda müxalifət qüvvələrinin keçirdiyi mitinqdə Manukyan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün Baş nazir Nikol Paşinyanın arxalandığı  sütunların dağıdılmalı olduğunu bildirmişdi. Müxalifətçinin fikrincə, bunun üçün təhlükəsizlik strukturlarına və "Mənim addımım” fraksiyasının millət vəkillərinə qarşı kütləvi şəkildə təzyiq göstərmək, seçicilər arasında təbliğat işləri aparmaq, xarici mənbələrdən və agent şəbəkəsindən maliyyələşən strukturlara müqavimət göstərmək lazımdır. Manukyan həmçinin qeyd etmişdi ki, sözügedən "A” planı baş tutmasa, müxalifət "B” planına - iqtidarın ildırım sürətində ələ keçirilməsinə baş vuracaq.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...