Mövlud Çavuşoğlu Qaqauz Yerinin başçısı ilə görüşdü

Mövlud Çavuşoğlu Qaqauz Yerinin başçısı ilə görüşdü
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Moldovanın Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlax arasında görüş olub.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısının tvitter səhifəsində qeyd olunub.

"Görüşdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Qaqauz soydaşlarımız Moldova ilə körpümüzdür. Onlara hər sahədə dəstək verməyə davam edəcəyik”, - nazir bildirib.

Qeyd edək ki, Qaqauz Yeri Moldovada muxtar bölgədir. 1990-cı ildə Qaqauz Yeri Moldovadan ayrılaraq müstəqilliyini elan etsə də, tanınmayan respublikanın ömrü çox çəkməyib. 1994-cü ilin sonunda Qaqauziya Respublikası və Moldova arasında respublikanın Moldovaya muxtariyyət haqları əsasında inteqrasiyası haqqında razılaşma əldə olunub. Həmin anlaşmadan sonra bölgə Qaqauz Yeri Muxtar Ərazisi Qurumuna çevrilib. Əsəsən pravoslav xristianlardan ibarət olan qaqauzlar mənşəcə Oğuz türklərinə aiddirlər.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...