"Oğlanı maşına basıb "atvyorka" ilə vurdular" - Quldurluq edən dəstənin əməlləri - VİDEO

Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün bir nəfər şəxsə qarşı quldurluq ediblər. Hadisə zamanı dəstə üzvləri zərərçəkəni Xırdalan şəhəri ərazisinə gətirərək orada ona vintaçanla xəsarət yetirib, 105 manatını və mobil telefonunu ələ keçiriblər.

Sfera.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Polislər tərəfindən "isti” izlərlə keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Bayramov, Nəzrin Əliyeva, habelə Ramil Novruzov və Suat Əliyev saxlanılıblar. Qeyd edək ki, zərərçəkən şəxs dəstə üzvü olan N.Əliyevanın tanışı olub.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni paytaxt ərazisində Vasif Bayramova məxsus avtomobilə otuzduraraq Xırdalan şəhərinə gətiriblər və orada qeyd edilən cinayəti həyata keçiriblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində Xırdalan şəhərində bir qadına qarşı törədilən quldurluq hadisəsinin də üstü açılıb. Belə ki, zərərçəkən şəxs polisə məlumat verərək bildirib ki, qohumunun evində olan zaman mənzilə gələn tanışı Elnur adlı şəxs əlindəki bıçaqla ona hədə-qorxu gələrək 240 manatını ələ keçirib.

Abşeron RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Elnur Əslanov və qohumu Əslan Əslanov saxlanılıb. İstintaq zamanı onların cinayətləri sübuta yetirilib.

Hər iki quldurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılanların Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
 


OXŞAR XƏBƏRLƏR

Bakıda qəbirstanlıq yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat...

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...

Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi a...