Marsda şəhərlər nə zaman salınacaq?

Marsda şəhərlər nə zaman salınacaq?
Marsda insanların yaşaması on illiklər sonra mümkün olacaq. Artıq 2100-cü ildə qırmızı planetdə əhalisinin sayı bir milyona çatan şəhər meydana gələ bilər.

Sfera.az xəbər verir ki, "İzvestiya” nəşrinin məmlumatına görə, bunu "Marslılar Cəmiyyəti”nin prezidenti, amerikalı mühəndis Robert Zubrin bəyan edib.

Alim Amerikanın "SpaceX” şirkətinin qurucusu İlon Maskın yaxın altı ildə insanları Marsa çatdırmaq planlarına şübhə ilə yanaşdığını qeyd edib. Onun sözlərinə görə, bu iş böyük ehtimalla 2030-cu ilə qədər vaxt aparacaq.

"Çox güman ki, 2026 və ya 2028-ci ilədək kosmik gəmiləri yük və robotlarla Marsa göndərərək ilk bazanın tikintisinə başlaya biləcəyik. İnsanları ora göndərməzdən əvvəl, elektrik stansiyalarına, Mars havasından və ya sudan yanacaq hasil edən sistemlərə ehtiyacımız olacaq”, - deyə mühəndis bildirib.

Eyni zamanda o, Marsda sənayeləşmə və kənd təssərüfatının inkişafının vacibliyini də vurğulayıb.

"Nə qədər çox adam Marsa uçar və Marsda doğularsa, oradakı varlığımızı daha da genişləndirə biləcəyik. 2070-ci ilə qədər kiçik bir şəhər, 2100-cü ilə qədər isə bir milyonluq şəhərə və ya daha da çoxuna sahib ola biləcəyik”, - deyə Zubrin qeyd edib

OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlıQƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...