İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir

Dünya
22:40 / 21.02.2021
5699
Tel-Əvivdəki "Jenia” barında maraqlı aksiyaya start verilib.
"Daily Star” nəşri xəbər verir ki, bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.
Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda "Pfizer CoViD-19” peyvənd məntəqəsi fəaliyyətə başlayıb.
Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb.