“WhatsApp”ın yeni qaydalarını qəbul etməyənlərin aqibəti necə olacaq?

“WhatsApp”ın yeni qaydalarını qəbul etməyənlərin aqibəti necə olacaq?
Bu yaxınlarda "WhatsApp”ın yeni təhlükəsizlik şərtlərinə əsasən, öz məlumatlar bazasını "Facebook”la paylaşması xəbəri geniş əks-səda doğurub.

Sfera.az xəbər verir ki, istifadəçilərin ciddi etirazları səbəbindən yeniliyin tətbiqi fevralın 8-dən mayın 15-dək təxirə salınıb. Bəs təhlükəsizlik qaydalarındakı yeniliklər qüvvəyə mindikdən sonra bu şərtləri qəbul etməyənlərin aqibəti necə olacaq?

"Haber Global”ın məlumatına görə, həmin şəxslərin "WhatsApp” hesabları müvəqqəti olaraq passiv hala gətiriləcək. İstifadəçi ona gələn mesajlardan xəbərdar olsa da, həmin mesajları oxuya bilməyəcək. 120 gün ərzində yeni təhlükəsizlik şərtləri təsdiq edilmədikdə isə hesab birdəfəlik bağlanacaq.

Qeyd edək ki, bu yeniliklər artıq bir çox "WhatsApp” istifadəçisinin alternativ mesencerlərə üz tutmasına səbəb olub. Yaxın gələcəkdə prosesin daha da sürətlənəcəyi güman edilir.

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...