Qazaxıstanda partlayış: 2 ölü, 13 yaralı

Dünya
18:44 / 21.02.2021
4215
Qazaxıstanın Petropavlovsk şəhərində yataqxanada partlayış baş verib.
Sfera.az xəbər verir ki, bu barədə şəhərin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
"Partlayış binanın birinci mərtəbəsində baş verib. İki nəfər ölüb, 13 nəfər xəsarət alıb”, - məlumatda bildirilib.
Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.